Çərşənbə, 08 May

"Facebook" və "WhatsApp"dan istifadəçilərə VACİB MÜRACİƏT

image

Ötən gün “Facebook” sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.

Xəbər verilir ki, bu barədə “Facebook” şirkətinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir: “Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur”.

Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:

“Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər”.

Eyni zamanda “WhatsApp” mesencerinin fəaliyyəti də tam bərpa edilib. Bu barədə özünün “Twitter” səhifəsində sosial şəbəkənin baş direktoru Uill Ketkart yazıb:”Hazırda biz tam bərpa olduq və işləyirik”.

Baş direktor problemlərin aradan qaldırılmasına yardım edənlərə də təşəkkürünü bildirib. Xatırladaq ki, ötən gün “Facebook”, “İnstagram” və “WhatsApp” 6 saatdan çox işləməyib

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56